Azərbaycan Ordusunun hərbi qulluqçusu piyada əleyhinə minaya düşüb

Azərbaycan Ordusunun hərbi qulluqçusu piyada əleyhinə minaya düşüb

Dekabrın 20-də saat 12:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Salmanov Ziyad İlqar oğlu Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, ilk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçu dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.

Onun həyatı üçün təhlükə yoxdur.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

CATEGORIES