Azərbaycanda silahlı qüvvələrin satınalmaları bir mərkəzdən həyata keçiriləcək

Azərbaycanda silahlı qüvvələr və digər güc strukturları üçün satınalmalar bir mərkəzdən həyata keçiriləcək. Bu barədə “AzeriDefence.com” saytına eksklüziv olaraq Nazirlər Kabinetindən məlumat verilib.

Hazırda yeni qurumun müstəqil, və ya digər dövlət qurumunun tərkibində fəaliyyət göstərməsi ilə bağlı məsələlər müzakirə olunur.

Türkiyə və Ukrayna təcrübəsi nəzərə alınaraq yaradılacaq yeni sistem silahlı qüvvələrin və digər hərbi qurumların sifarişləri üzrə strateji dövlət satınalmalarını həyata keçirəcək.

CATEGORIES