Xəbərlər
AzTU-nun rektoru imtahan prosesini izləyib

Azərbaycan Texniki Universitetində (AzTU) yanvarın 7-dən başlayan qış imtahan sessiyası davam edir.
AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən “AzeriDefence”yə verilən məlumata görə, yanvarın 30-da universitetin “Xüsusi texnika və texnologiya” fakültəsinin 717a və 717r qruplarında şifahi imtahan keçirilib.
Rektor Vilayət Vəliyev imtahan prosesini izləyib, tələbələrin imtahanla bağlı fikirlərini dinləyib.







