BƏƏ “Leclerc” tanklarına AZUR komplekti quraşdırır

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Silahlı Qüvvələri “Leclerc” tanklarına küçə döyüşlərinin aparılması üçün nəzərdə tutulan AZUR komplektinin modernləşdirilmiş variantını almağa başlayıb.

“AzeriDefence”nin Fransanın “Nexter” şirkətinin rəsmi saytına istinadən verdiyi məlumatına görə, bununla bağlı artıq tərəflər arasında razılaşma əldə edilib. AZUR komplekti özündə bir çox tank əleyhinə vasitələrdən xüsusən də yandan ya da arxadan hücümlara dözümlü və effektiv texma zirehə malikdir. Burada həmçinin təkmilləşdirilmiş datçiklər (dövrəvi baxış kamerası), qüllənin içərisindən idarə olunan pulemyot da quraşdırılıb. Komplektlərin hissəsi uzaqdan idarə olunan minaatanlara da malikdirlər.

Qeyd edək ki, AZUR layihəsi 2006-cı ildə hazırlanıb.

KATEQORIYA: