Dünya
“BAE Systems” ABŞ HDQ-nin “USS Kearsarge” gəmisini təkmilləşdirəcək

Böyük Britaniyanın “BAE Systems” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) “USS Kearsarge” amfibiya hücum gəmisini təmir və modernizasiya edəcək.
“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında 294.7 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.
Həmçinin bildirilib ki, işlərin gedişindən və müəyyən şərtlərdən asılı olaraq müqavilənin dəyəri 340.3 milyon ABŞ dollarına qədər qalxa bilər.
Razılaşmaya əsasən “USS Kearsarge” gəmisinin 20 ay davam edəcək təmir və modernizasiya işlərinə 2023-cü ilin aprelindən başlanacaq. 29 yaşındakı gəminin üzərində aparılan təkmilləşdirmə çalışmalarının 2025-ci ilin yanvar ayına qədər yekunlaşması planlaşdırılıb.




