“BAE Systems” və “EDGE Group” arasında anlaşma memorandumu imzalanıb

“BAE Systems” və “EDGE Group” arasında anlaşma memorandumu imzalanıb

Böyük Britaniyanın “BAE Systems” və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “EDGE Group” şirkətləri müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq edəcək.

“Poliqon” “BAE Systems”ə istinadə xəbər verir ki, bununla bağlı tərəflər arasında IDEX-2023 sərgisi çərçivəsində anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən, hər iki şirkət həm BƏƏ-nin, həm də digər ölkələrin Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün hava, quru və dəniz sistemləri sahəsində yeni məhsullar hazırlayacaq.

“EDGE Group“un baş direktoru Mənsur Almulla bu addımın şirkətlər arasında uzun müddətli tərəfdaşlığın aparılması üçün vacib olduğunu və yerli müdafiə sənayesi bazarının inkişafında təkan verici rol oynadığını bildirib.

Eyni zamanda “BAE Systems”in Biznesin İnkişafı üzrə İdarəedici direktoru Qabbi Kostiqan da qeyd edib ki, EDGE-nin yerli həllərini “BAE Systems”in geniş dizayn, inkişaf, inteqrasiya, istehsal, təlim və davamlılıq təcrübəsilə bir araya gətirməklə BƏƏ-nin müdafiəsinin və təhlükəsizliyinin gücləndirilməsinə böyük töhfə veriləcək.

Poliqon.az

CATEGORIES
TAGS