Baş katib Hüseyin Baysak: SaSaD Azərbaycana hər cür dəstək verməyə hazırdır

Baş katib Hüseyin Baysak: SaSaD Azərbaycana hər cür dəstək verməyə hazırdır

Türkiyənin Müdafiə və Aviasiya Sənayesi İstehsalçıları qardaş Azərbaycana hər cür dəstək verməyə, Azərbaycandan gələcək bütün tələblər üzrə var gücü ilə işləməyə hazırdır.

Bu fikirləri Türkiyənin Müdafiə və Aviasiya Sənayesi İstehsalçıları Dərnəyinin (SaSaD) Baş katibi Hüseyin Baysak POLİQON jurnalına açıqlamasında söyləyib. “Poliqon” Hüseyin Baysakın mesajını təqdim edir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Müdafiyə Sənayenin İnkişafında Özəl Sektorun Rolu” mövzusunda forum təşkil etmişdi. İştirak etdiyim bu forumda sənaye parkları və bu parklarda fəaliyyət göstərən sənayeçilərə Azərbaycan hökumətinin vermiş olduğu dəstək və təşviqlər barəsində məlumatlandırmalar məni Azərbaycan sənayeləşmə hərəkatının inkişafının nə qədər sürətli olacağı mövzusunda həyəcanlandırmışdı. Azərbaycan mövcud olan sənaye mədəniyyəti ilə dövlətin təqdim etdiyi dəstək və siyasətlə inkişafını inanılmaz bir tempdə bacaracaqdır. Buna inancım tamdır.

Əslində öncəki illərdə ROKETSAN şirkətinin Baş direktoru olaraq Azərbaycana səfərlərim çərçivəsində bu ölkənin nə qədər sürətli və modern bir şəkildə inkişaf etdiyini yaxından müşahidə etmişdim. Hər gedişimdə Bakının dəyişimini və modern qurulmasını görərək baş verən sürətli inkişafdan heyrətə gəlirdim. Bu inkişafın Azərbaycan xalqının həyat tərzinə də yansıdığını görmək ayrı bir sevinc qaynağı idi.

Bu arada dərnəyimizi – Müdafiə və Aviasiya Sənayesi İstehsalçıları Dərnəyini (SASAD), qısaca təqdim etmək istəyirəm. Dərnəyimiz 1990-cı ildə Milli Müdafiə Nazirliyinin (MSB) təklifi ilə müdafiə sektorundə fəaliyyət göstərən 12 müdafiə sənayesi şirkəti tərəfindən qurulmuşdur. 2012-ci ildə mülki aviasiya sənaye şirkətlərini də sıralarına daxil edərək Müdafiə, Kosmik və Aviasiya sektorunu təmsil etməyə başlamışdır.

Dərnəyimiz: milli və beynəlxalq sifarişçilər üçün Türkiyədə tək əlaqə və adres mərkəzidir;

sektora təsir göstərən hüquqi, qanun və ticari qanunvericiliyin hazırlanmasında sektorun ortaq baxışını yaradır və lobbi işlərini yerinə yetirərək tətbiq edilməsində yer almasını təmin edir;

Sektoru inkişaf etdirən, sektor iştirakçılarının iş görməsini asanlaşdıran təkliflər hazırlayır və bunların həyata keçməsi üçün çalışır;

Sektor iştirakçıları ilə tədarük mövqeləri arasında körpü rolunu oynayır, ehtiyac və tələbləri səlahiyyətlilərə hesabat verməklə çatdırır;

 Sektor məlumatlarını – metriklərini toplayır, konsolidasiya və analiz edərək hesabatlayır və qərarvericilərə təkliflər təqdim edir.

Dərnəyimiz 200-dən artıq sənaye şirkətinin və 6 müdafiə sənayesi klasterinin üzv olması ilə sektorda fəaliyyət göstərən təxminən 1000 sənaye müəssisəsini birbaşa və dolayı olaraq təmsil etməkdədir.

Dərnəyimizin təqdimatını burada sonlandıraraq Türkiyədə müdafiə sənayesinin təşkilatlanması ilə əlaqəli bəzi qısa məlumatları təqdim etmək istəyirəm.

Hələ 1985-ci ildə müdafiə sənayesi sektorunun inkişafını təmin etmək üçün sektoru koordinasiya edən, istiqamətləndirən və nəzarət edən bir təşkilata ehtiyac var idi. Bu Müdafiə Sanayesi Başqanlığı və İcra Komitəsi ilə təmin edilmişdir. Bu rəhbərlik sektorda texnoloji təcrübə əldə etmək üçün müəyyən bir müddət lisenziya altında istehsal və texnologiya transferi layihələri başlatmışdır. Eyni zamanda birbaşa tədarük layihələrində birbaşa və ya dolayı off-set tətbiqini məcburi hala gətirmişdir.

Bu tətbiqlər nəticəsi sektorda insan resursu və texnoloji inkişaf müəyyən bir səviyyəyə çatanda, 2000-ci illərin əvvəllərindən etibarən, paradiqmada dəyişikliklər edilmişdir. Müdafiə layihələrində prioritet milli və yerli layihələrə verilərək orjinal məhsulların Türkiyə Silahlı Qüvvələrinin inventarına alınmasına imkan yaradılmışdır. Bunun üçün lazım olan iradə, maliyyə resursu və səbir təmin edilərək milli və yerli sənaye şirkətlərinin önü açılmışdır.

Sektor iştirakçıları dövlət dəstəyinin yanına öz resurslarını əlavə edərək və cəsarətlə çətin layihələrdə məsuliyyət daşıyaraq öz məlumatları əsasında işlər görərək müsbət nəticələr almışdır. Bu arada ianələr ilə ərsəyə gələn resursların Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarının qarşılanmasındakı rolu unudulmazdır. Bu fondun idarə edilməsindən və ehtiyacların sənayeləşərək qarşılanmasından məsul olacak Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Fondunun qurulması Türkiyə müdafiə sənayesinin inkişafında təməl ünsürlərdən biri olmuşdur.

Bu qurum tərəfindən qurulan ASELSAN, TUSAŞ, ROKETSAN, HAVELSAN, ASPİLSAN, İŞBİR sektorun əsas oyunçuları olub, ilk dörd firma dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti (Defense News Top 100) siyahısında yer almaqdadır.

Bu inkişaf sənaye şirkətinə və dövlətə güclü bir etibar qazandıraraq daha çətin və mürəkkəb layihələri də işləmə proqramlarına daxil etmələrini təmin etmişdir.

Bu gün sevinərək deyə bilərik ki, Türkiyə Silahlı Qüvvələrini müdafiə platformaları, avadanlıqları və silah ilə sursatlarının təxminən 70%-i yerli qaynaqlardan təmin edilə bilməkdədir və sektor oyuncularımız dünya bazarında önəmli bir rəqabətçi mövqeyə gəlmişdir.

Sektor məhsullarının münaqişə mühitində performanslarını sübuta yetirmələri dünya bazarında bu məhsullara olan marağı artırmış və müdafiə aviasiya ixracatımız hər il önəmli miqdarda artmağa və sektor şirkətlərimiz bu bazarlarda daimi yer alamağa başlamışdır.

Bu inkişafı görən inkişaf etmiş ölkələrin gündəmimizə gətirdiyi maneələrini də aşacaq və onlara fürsət verməyəcək gücdə olduğumuza da ürəkdən inanırıq. Müdafiə Sənayesi Başqanlığı maneələri aşma istiqamətində milliləşdirilməsi məcburi və kritik texnoloji və məhsulları müəyyənləşdirərək bunların yerli olması üçün layihələr hazırlayaraq dəstəkləmiş / dəstəkləməktədir və bu mövzuda çox vacib irəliləmələr yaşanmağa başlamışdır.

Maneələri aradan qaldırmaq üçün məhsulların dizayn edilməsində ITAR və ya ixrac icazəsi lazım olan girdilərə (parça, hissə) yer verməməyə və ya çox mənbədən tədarük edilə bilinənlərin dizayn edilməsinə sektor dizaynerləri xüsusi bir diqqət göstərməkdədirlər.

Sektor həm ölkəmiz, həm qardaş Azərbaycanın ehtiyac duyduğu bütün müdafiə layihələrində yer almağa, dost ölkələrlə iş birliyinə gedərək onların ehtiyaclarını birbaşa tədarük və ya texnologiya transferi və birgə istehsal yolu ilə qarşılamağa hazırdır.

Sonda bir daha can dostumuz və qardaşımız Azərbaycana hər cür dəstək verməyə, ondan gələcək bütün tələbləri müsbət cavablandırmaq üçün bütün gücüylə işləməyə hazır Türkiyə Müdafiə və Aviasiya Sənayesi İstehsalçılarının Azərbaycan xalqının yanında olduğunu xüsusilə ifadə etmək istəyirəm.

POLİQON JURNALI

CATEGORIES
TAGS