Baş Qərargah rəisi: Azərbaycan Ordusunun əməliyyat və döyüş imkanları xeyli artırılıb

Baş Qərargah rəisi: Azərbaycan Ordusunun əməliyyat və döyüş imkanları xeyli artırılıb

Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Ordusunun əməliyyat və döyüş imkanları xeyli artırılıb.

“Poliqon” xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərdə xidmət göstərən şəxsi heyətlə görüşlərdə müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev deyib.

Bundan başqa general-polkovnik K. Vəliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Orduda aparılan islahatlar çərçivəsində əldə olunmuş nailiyyətlərdən də danışıb.

Müdafiə nazirinin birinci müavini şəxsi heyətin taktiki-xüsusi hazırlığının və peşəkarlıq səviyyəsinin daim yüksək səviyyədə saxlanılması məqsədilə keçirilən təlim və məşqlərin keyfiyyətinin daha da artırılması, həmçinin qazanılan döyüş təcrübəsinin növbəti ildə keçiriləcək təlimlərdə də geniş tətbiq edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Poliqon.az

CATEGORIES