“Bayraktar Akıncı-C” PUA gələn il ilk uçuşunu edəcək

“Bayraktar Akıncı-C” PUA gələn il ilk uçuşunu edəcək

Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan yeni versiya “Bayraktar Akıncı-C” pilotsuz uçuş aparatının (PUA) 2022-ci ildə ilk uçuşu həyata keçiriləcək.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar “Teknofest” festivalında mətbuat nümayəndələrinə məlumat verib.

Baş direktor “Bayraktar Akıncı-C” PUA-nın Türkiyənin TEİ şirkəti tərəfindən istehsal edilən yerli PD-222 mühərriki ilə təchiz ediləcəyini bildirib: “PD-222 mühərrikinin “Bayraktar Akıncı-C”nı daha uzun müddət havada saxlaması üçün PUA-nın uçuş çəkisi 6 tondan azaldılacaq”.

Bayraktar onu da bildirib ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadəyə verilən “Bayraktar Akıncı” PUA-nın fərqli konfiqurasiyaları hazırlanır. Ukrayna istehsalı Al-450 mühərriki ilə inventara girən “Bayraktar Akıncı” PUA üçün 2x750hp (“Akıncı-B”) və 2x220hp (“Akıncı-C”) mühərriklərindən istifadə edilərək iki yeni konfiqurasiyası hazırlanır.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS