SənayeXəbərlər

BDU-da müdafiə sənayesi sahəsində kadr hazırlığının inkişafı məqsədilə görüş keçirilib

Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə Bakı Dövlət Universitetində (BDU) müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov və BDU-nun rektoru Elçin Babayev arasında görüş keçirilib.

Bu barədə “Poliqon”a Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə müdafiə sənayesi sahəsində yüksəkixtisaslı kadr hazırlığı, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, tələbələrin istehsalat təcrübəsi imkanlarının genişləndirilməsi və innovasiya yönümlü təşəbbüslərin dəstəklənməsi məsələləri müzakirə edilib.

Görüş zamanı, həmçinin gələcək əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

01KS0ANF74W4NREAW690A1P17E e1779202325343

Back to top button