Ermənilər Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub

Ermənilər Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub

Noyabrın 27-si saat 15:45-dən saat 16:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə “Poliqon” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

“Bundan başqa, noyabrın 27-si saat 11:30-dan 16:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri də yenidən atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş