DünyaRegionSənaye

Belarus “Polonez”in 300 km-lik modifikasiyasını hazırlayıb

Belarus “Polonez” uzaq mənzilli reaktiv yaylım atəş sisteminin daha güclü raketlərlə təchiz olunmuş “Polonez B-300” versiyasını hazırlayıb.

Bu barədə “AzerDefence” Belarus mətbuatına istinadən məlumat verib.

Belarus Dövlət Hərbi Sənaye Komitəsinin sədri general-leytenant Sergey Qurulyev bildirib ki, Belarus Silahlı Qüvvələrinin raket-artilleriya qoşunlarının silahlanması üçün nəzərdə tutulan B-300 modifikasiyasının atış məsafəsi 300 km təşkil edir.

Qeyd edək ki, hazırda Belarus Ordusunun silahlanmasında olan “Polonez” raket kompleksinin atış uzaqlığı 200 km-dir.

“Polonez” sisteminin bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil.

Sergey Qurulyev bildirib ki, bu il B-300 modifikasiyasının qoşun sınağı keçirildikdən sonra, ordunun silahlanmasına daxil ediləcək.

Back to top button