Xəbərlər

Belarus “Qroza” antidron sisteminin yeni versiyasını hazırlayıb

Belarusun KB “Radar” müəssisəsi “Qroza” antidron sisteminin yeni versiyasını hazırlayıb.

Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən məlumat verib.

“Qroza-O” adlı yeni antidron sistemi KB “Radar”ın “Qroza” radioelektron mübarizə vasitələri ailəsinin ikinci nəsli hesab edilir.

“Qroza-O” sistemi, radio yönləndiricisi və üzərində quraşdırılmış rabitə sistemi olan uçan aparatdan, həmçinin bir operatorun noutbukundan ibarətdir. “Qroza-O” sistemi pilotsuz uçuş aparatları və onları idarə edən operatorların yerini aşkar etmək qabiliyyətinə malikdir.

“Qroza-O” sisteminin sələfi ilə müqayisədə hədəfi aşkar etmə dəqiqliyi artırılıb. Uçuş aparatının ölçüsü və çəkisi demək olar ki, yarıya endirilib, uçuş müddəti isə 30% artırılıb. Bundan başqa “Qroza-O” antidron sistemin uçuş məsafəsi 40% artırılıb və işləmə temperaturu genişləndirilib.

“Qroza” antidron sistemi əsasən təhlükəsizlik qüvvələri tərəfindən kütləvi tədbirlərdə təhlükəsizliyin təmin edilməsi üçün nəzərdə tutulub.

Back to top button