Belçika F-35-lər üçün ABŞ-dan aviasiya bombaları alır

Belçika F-35-lər üçün ABŞ-dan aviasiya bombaları alır

ABŞ Dövlət Departamenti 115 milyon dollar dəyərindəki GBU-53/B “Small Diameter Bombs-Increment II” (SDB-II) aviasiya bombalarının Belçikaya satışını təsdiq edib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə 196 ədəd GBU-53/B SDB-II aviasiya bombasının və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifarişin əsas podratçısı rolunda ABŞ-ın “RTX Corporation” şirkəti çıxış edəcək.

Qeyd edilib ki, bu satış Belçikanın F-35 qırıcılarını döyüşə hazır vəziyyətdə saxlamaqla ölkənin cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini artıracaq.

CATEGORIES