“Boeing” və “Nammo” şirkətləri yeni nəsil “Ramjet 155” artilleriya sursatını sınaqdan keçiriblər

“Boeing” və “Nammo” şirkətləri yeni nəsil “Ramjet 155” artilleriya sursatını sınaqdan keçiriblər

Norveçdə “Boeing” və “Nammo” şirkətləri “Boeing/Nammo Ramjet 155” uzun mənzilli artilleriya mərmisinin (A Boeing/Nammo Ramjet 155 Extended Range Artillery Projectile) bir sıra atəş sınaqlarını keçirib.

“Poliqon” xəbər verir ki, bu barədə “Boeing” şirkətinin hesabatında qeyd olunub.

“Ramjet 155” uzun mənzilli artilleriya döyüş sursatları ABŞ ordusunun düşmənə uzaq məsafədən və nişangah atəşi tələblərinə cavab vermək üçün nəzərdə tutulub.

Bildirilib ki, uğurlu sınaqlar artilleriya sisteminin sağqalma qabiliyyətini və proqnozlaşdırılan xüsusiyyətləri nümayiş etdirib.

“Boeing” şirkətinin nümayəndəsi Stiv Nordlund (Steve Nordlund) deyib ki, ”Ramjet 155” mərmisinin inkişafı, təkmilləşdirilməsi və davam edən sınaqları ilə bağlı irəliləyiş onları çox ruhlandırır: “İnanırıq ki, bu, yaranan təhlükələrə qarşı əla və sərfəli imkanlar təmin edəcək”.

“Ramjet 155” döyüş sursatının quruluşunda birbaşa axınlı reaktiv mühərrikdən istifadə edilib.

“Nammo” şirkətinin baş direktoru Morten Brandtzeg (Morten Brandtzaegs) bildirib ki, onlar heç bir böyük maneə olmadan birbaşa axınlı reaktiv mühərrikin yaradılmasında əla irəliləyiş əldə edib: “Son sınaqlar çox perspektivlidir”.

Qeyd edək ki, Norveçin “Nammo” şirkəti 2019-cu ildən ABŞ ordusunun tələblərinə cavab verən artilleriya mərmilərinin növbəti nəslini hazırlamaq üçün “Boeing Phantom Works” şirkəti ilə əməkdaşlıq edir. Proqram “Boeing Joint Direct Attack Munition” (JDAM) və “Small Diameter Bomb” (SDB) proqramlarının uğuruna əsaslanır.

Hazırda komanda yaxın aylarda uzun mənzilli artilleriya mərmisini daha da inkişaf etdirməyi və əlavə sınaqlardan keçirməyi planlaşdırır. Yeni nəsil döyüş sursatlarından L52 lülə uzunluğuna sahib bütün 155 mm-lik toplar istifadə edə biləcək.

Xatırladaq ki, 2019-cu ildə “Nammo” şirkətinin nümayəndələri bildiriblər ki, onların mühərriki ilə təchiz edilmiş döyüş sursatlarının maksimal atəş məsafəsi 150 km çatacaq.

Ram Ramj Ramje ramjet 155 Ramjet

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS