Böyük Britaniya ABŞ-dan APKWS-II lazer tuşlamalı dəstlər alır

Böyük Britaniya ABŞ-dan APKWS-II lazer tuşlamalı dəstlər alır

ABŞ hökuməti 31.2 milyon dollar dəyərində APKWS-II (Advanced Precision Kill Weapon System-II) lazer tuşlamalı dəstlərin Böyük Britaniyaya satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, bu sifarişə 768 ədəd APKWS-II dəstinin satın alınması və onlara təmir, texniki xidmət, ehtiyyat hissə və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifariş ilə bağlı baş podratçı rolunda Böyük Britaniyanın “BAE Systems” şirkətinin ABŞ-da fəaliyyat göstərən törəmə şirkəti, APKWS dəstinin istehsalçısı olan “BAE Systems Inc” (əvvəlki adı “BAE Systems North America”) çıxış edəcək. Şirkət, sifarişlə əlaqədar bütün işləri qarşıdakı ilk beş il ərzində həyata keçirəcək.

Qeyd edək ki, “BAE Systems Inc”, “Northrop Grumman” və “General Dynamics” şirkətlərindən ibarət komanda tərəfindəntəkmilləşdirilmiş APKWS-II dəsti paylanmış diafraqm yarıaktiv lazer özütuşlama texnologiyasından (Distributed Aperture Semi-Active Laser Seeker – DASALS) istifadə edir. Bu sistem lazer özütuşlama başlığını ön idarəetmə sükanlarının hər birinin qabaq kənarına yerləşdirməyə imkan verir. Başlıqlar bir özütuşlama başlığı kimi sinxron şəkildə işləyir. Bu konfiqurasiya mövcud “Hydra 70” döyüş başlıqlarından raketin uc hissəsinə lazer özütuşlama başlığı quraşdırmadan istifadə etməyə şərait yaradır.

APKWS II kompleksinə buraxma platforması, gövdənin orta hissəsində WGU-59/B tuşlams bloku ilə təchiz edilmiş raketlər, uzadılmış 7 borulu LAU-68 F/A raket qurğusu, SCS 7 nişangah işarəsi (döyüş helikopterləri üçün tələb olunmur), həmçinin, müvafiq olaraq Fastpack PA-140 və CNU-711/E raketlərin və tuşlama dəstlərinin saxlanması üçün dəstlər daxildir.

Gövdənin orta hissəsindəki WGU-59/B tuşlama bloku inertial idarəetmə sistemi və buraxılışdan 0,5 saniyə sonra işə düşən, “Hydra” raketinin uzunluğunu 47 sm-ə və çəkisini çəkisini 4,1 kq-a qədər artıran Mk 66 Mod 4 raket mühərriki, döyüş başlığı və qoruyucu arasında bərkidilən DASALS optik özütuşlama başlığı ilə təchiz edilib.

Əsas taktiki-texniki xassələri:

  • uzunluğu – 1870 mm
  • diametri – 70 mm
  • qanad açıqlığı – 243 mm
  • çəkisi – 15 kq
  • uçuş sürəti – 1000 m/s (3600 km/s, 2,9 Mach)
  • uçuş mənzili – helikopterdən buraxılan zaman 1100-5000 m, təyyarədən buraxılan zaman 2000-11000 m
  • ehtimal olunan dairəvi sapması – <0,5 metr
  • tuşlaması – yarıaktiv lazer
  • mühərrik – “Hydra 70” raketinin mövcud mühərriki
  • döyüş başlığı – “Hydra 70” raketinin mövcud döyüş başlığlı

Qeyd edək ki, APKWS raketinin daşıyıcılarına helikopterlər, təyyarələr və üxtəlif yerüstü nəqliyyat vasitələri aiddir.

Poliqon.az

CATEGORIES
TAGS