Böyük Britaniya İsveçdən əlavə NLAW kompleksləri alır

Böyük Britaniya İsveçdən əlavə NLAW kompleksləri alır

Böyük Britaniya İsveçin “Saab” şirkətindən əlavə NLAW tank əleyhinə raket kompleksləri alır.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bunun üçün Böyük Britaniyanın Müdafiə Nazirliyi ilə şirkət arasında 2.9 milyard İsveç kronu (281.7 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, NLAW kompleksinin istehsalı və təhvili ilə bağlı işlər 2023-2026-cı illər ərzində həyata keçiriləcək.

Qeyd edək ki, İsveçdə “Robot 57” adlanan kompleks müasir döyüş maşınları ilə mübarizə üçün istifadə olunur. Kompleksin döyüş mənzili 20-800 metr, ağırlığı 12.5 kiloqram və xidməti dövrü 20 ildir.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl Britaniya Ukraynaya 2000 ədəd, müharibənin gedişatında isə əlavə 5000 ədədə yaxın NLAW kompleksi tədarük edib.

Elşən Abdulkərimov

Poliqon.az

CATEGORIES
TAGS