Böyük Britaniya İsveçə daha 20 ədəd özüyeriyən minaatan sistemi tədarük edəcək

Böyük Britaniya İsveçə daha 20 ədəd özüyeriyən minaatan sistemi tədarük edəcək

Böyük Britaniyanın “BAE Systems” şirkəti İsveç Quru Qoşunlarına daha 20 ədəd “Mjölner” versiyalı özüyeriyən minaatan sistemi tədarük edəcək.

“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, bunun üçün şirkət və İsveç Müdafiə Avadanlıqları İdarəsi (FMV) arasında təxmini dəyəri 30 milyon ABŞ dolları olan müqavilə imzalanıb.

Müqaviləyə əsasən, sistemin istehsalı ilə bağlı işlər şirkətin İsveçdə fəaliyyət göstərən “BAE Systems Hagglunds” müəssisəsi tərəfindən həyata keçiriləcək.

120 mm-lik minaatan CV-90 piyada döyüş maşınının (PDM) şassisi üzərinə inteqrasiya ediləcək və 2025-ci ilə qədər sifarişçiyə təhvil veriləcək.

Xatırladaq ki, “Mjölner” özüyeriyən minaatan sisteminin alqı-satqısı üçün tərəflər arasında 40 ədədlik ilkin müqavilə 2016-cı ildə, 20 ədədlik ikinci müqavilə isə 2022-ci ildə imzalanıb. Şirkət razılaşmaya uyğun olaraq ilk sifarişin tədarükünü 2019-2020-ci illər ərzində reallaşdırıb.

Mjolner

Poliqon.az

CATEGORIES
TAGS