Xəbərlər

Braziliya İsveçdən RBS 70 NG kompleksləri alır

Cari ilin iyun ayının sonunda Braziliya ordusu İsveçin “Saab Bofors Dynamics” şirkətinin istehsalı altlıq, nişangah qurğusu və trenajorlardan ibarət ilk RBS 70 NG daşınan zenit raket kompleksini (DZRK) almalıdır.

Bu barədə “Poliqon” “Infodefensa” nəşrinə istinadən məlumat verib.

Qısa mənzilli RBS 70 NG DZRK-nin raketi uçuş dəhlizində yaradılan lazer şüası ilə idarə olunur. Hal-hazırda bu kompleksin üstünlüyü dünyada onun tətbiqinə maneə yarada biləcək elektromaqnit avadanlığının olmamasıdır.

RBS-70 NG DZRK hava hədəflərini avtomatik izləmə qabiliyyətinə malikdir ki, bu da daha yüksək dəymə ehtimalını təmin edir və operatorun trenajor komplekslərində təliminə az vaxt tələb olunur.

Yeni sistemlərin təchiz edildiyi MK-2 zenit raketi, Mach 2 (təxminən 2500 km/saat) sürətlə 4000 m yüksəklikdə uçan hədəflərə hücum edir və lazer şüası üzərindən idarəetməni saxlayır. Bu da hərbi təyyarələrin elektron müdafiə sistemlərinin istənilən əkstəsirini çətinləşdirir.

Yeni DZRK havadan müdafiə tapşırıqlarını stasionar mövqelərdə yerinə yetirərək məsafədən idarə oluna, həmçinin raketin döyüş başlığının qəlpələnmə təsiri ilə yanaşı fuqas təsiri sayəsində yerüstü yüngül zirehli hədəflərə qarşı da istifadə edilə bilər.

Əhəd Əzizov

Poliqon.az

Back to top button