Britaniya “Challenger” tankları ilə Polşanın şərq cinahını gücləndirir

Britaniya “Challenger” tankları ilə Polşanın şərq cinahını gücləndirir

Böyük Britaniya özünün “Challenger” tankları ilə Polşanın şərq cinahını gücləndirir.

“Poliqon” xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak (Mariusz Błaszczak) özünün “Twitter” səhifəsində məlumat verib.

“Bu həftə Britaniyanın “Challenger” tank bölüyü ölkəmizdə mövcud olan qüvvələri dəstəkləmək məqsədilə Müttəfiqlərin Möhkəmləndirilməsi Qüvvələrinin tərkibində Polşaya gəlir. Bu, Britaniyanın şərq cinahına dəstəyinin daha bir güclü sübutudur”, – deyə Polşanın müdafiə naziri paylaşımında bildirib.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya Ukraynaya verilən T-72 tanklarını kompensasiya etməkdən ötrü Polşada “Challenger 2” tanklarını yerləşdirməyi planlaşdırmışdı. Hazırda bu qərarın necə həyata keçirildiyi barədə ətraflı məlumat yoxdur.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS