Britaniya Ukraynaya silah tədarük edib

Britaniya Ukraynaya silah tədarük edib

Böyük Britaniya Ukraynaya tank əleyhinə yüngül silahlar tədarük edib.

“Poliqon” xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uollas bildirib.

Tədarük edilən silahların strateji deyil, özünümüdafiə məqsədi daşıdığını qeyd edən müdafiə naziri silahların sayını və növünü açıqlamayıb.

Müdafiə naziri Ben Uolles bildirib ki, Böyük Britaniya Ukraynanı sərhəddə rus qoşunlarının cəmləşməsi fonunda zirehli hədəflərlə mübarizə aparmaq üçün yüngül müdafiə sistemləri ilə təmin edəcək.

Hərbi ekspertlərin fikrincə, Ukraynaya tədarük edilən silahlar çox güman ki, çoxlu tanklarla silahlanmış Rusiya ordusu ilə döyüşmək üçün nəzərdə tutulmuş, bir neçə yüz metr atış məsafəsinə malik yeni nəsil portativ yüngül tank əleyhinə silah olacaq.

Bu silahlar ABŞ-ın 2018-ci ildən Ukraynaya tədarük etdiyi “Javelin” tank əleyhinə idarə olunan raketlərə bənzər qabiliyyətlərə malik olsalar da, onlar qədər güclü deyil.

nazir

Britaniyanın müdafiə naziri Ben Uollas

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS