
“Buk-MB3K” ZRK-nin idarəetmə məntəqəsi üçün yeni nəqliyyat vasitəsi hazırlanıb
Belarusun MZKT Açıq Səhmdar Cəmiyyəti “Buk-MB3K” zenit-raket kompleksinin təkərli variantının döyüş-idarəetmə məntəqəsi üçün MZKT-692251 şassisi üzərində yeni nəqliyyat vasitəsi hazırlanıb.
Bu barədə “Azeri Defence”ə Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə istinadən məlumat verib.
6×6 təkər formuluna malik MZKT-692251 şassisinin yükqaldırma qabiliyyəti 7000 kq təşkil edir.
Qeyd edək ki, “Buk-MB3K” ZRK-nin yükləyicisi və buraxıcı qurğusu MZKT-692250 şassisində quraşdırılıb.
MZKT-692251 şassisində hazırlanan yeni nəqliyyat vasitəsi 500 at gücündə TMZ-8463.10 mühərriki və 6 pilləli hidromexaniki ötürmələr qutusu, həmçinin müstəqil hidropnevmatik asqılarla təchiz edilib.
Şassidə aqreqatların parametrlərinə nəzarət etməyə imkan verən bort informasiya-idarəetmə sistemi qurulub. MZKT-692250 şassisindən fərqli olaraq MZKT-692251-də ekipaj bölməsinin hündürlüyü artırılıb. Ekipaj bölməsi həmçinin istilik sistemləri, kondisioner, ventilyasiya və yanğınsöndürmə avadanlığı ilə komplektləşdirilib.