Bundestaq yeni PzH-2000-lərin satın alınmasını təsdiqləyib

Bundestaq yeni PzH-2000-lərin satın alınmasını təsdiqləyib

Almaniya Bundestaqının Büdcə Komitəsi 184 milyon avro dəyərindəki 10 ədəd PzH-2000 (“Panzerhaubitze 2000”) özüyeriyən artilleriya qurğusunun (ÖAQ) satın alınmasını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda sifariş üzrə PzH-2000-lərin Silahlı Qüvvələrə 2025-2026-cı illər ərzində təhvil veriləcəyi bildirilib.

Qeyd olunub ki, yeni ÖAQ-lar Ukrayna Silahlı Qüvvələrinə verilən PzH-2000-lərin yerini alacaq. Bu həmin PzH-2000-lərin əvəzlənməsi üçün atılan ilk addımdır.

1998-ci ildə “Krauss-Maffei Wegmann” (KMW) konserni tərəfindən hazırlanan PzH 2000-in silahlanmasına 155 mm-lik L52 topu və 7,62 mm çaplı MG3 pulemyotu daxildir.

ÖAQ naviqasiya, avtomatlaşdırılmış atəşi idarəetmə, avtomatik doldurma, kütləvi qırğın silahlarından mühafizə, yanğın aşkaretmə və avtomatik yanğınsöndürmə sistemləri ilə təchiz olunub.

Döyüş kütləsi 55,3 ton PzH 2000 30-50 km-ə qədər məsafələrdə 9 saniyəyə 3 və ya 56 saniyəyə 10 atəş açmaq imkanına qadirdir.

Poliqon.az

CATEGORIES
TAGS