Bundesver “Puma” PDM-lərin geridə qalan hissəsini təkmilləşdirir
Almaniya Silahlı Qüvvələri (Bundesver) “Projekt System and Management GmbH” (PSM) şirkətinə 143 ədəd “Puma” piyada döyüş maşınının (PDM) təkmilləşdirilməsi üçün sifariş verib.
“Poliqon” “Rheinmetall” şirkətinə istinadən xəbər verir ki, sifarişin həcmi 770 milyon avro təşkil edir.
Şirkətin bildirdiyinə görə, bu, 2021-ci ildə PUMA PDM-lərinin təkmilləşdiriməsi ilə bağlı tərəflər arasında imzalananan və dəyəri 1 milyard avrodan çox olan müqavilənin davamıdır.
Sifariş üzrə görüləcək bütün işlər 2029-cu ilə qədər davam edəcək və nəticədə PUMA PDM-ləri “S1” səviyyəsinə qədər təkmilləşdiriləcək. PDM-in “Puma S1” səviyyəsinə təkmilləşdirilməsi sayəsində heyətlər “Spike” tank əleyhinə raket kompleksindən (TƏİRK) istifadə imkanı qazanacaqlar.
Maşının bütün elektron sistemləri əhəmiyyətli dəyişikliklərə məruz qalacaq – xüsusən də heyətlər termal kameraları da əhatə edən yeni hərtərəfli müşahidə sistemi sayəsində ətrafı “zirehdən” görə biləcəklər.
Qeyd edək ki, bütün bu işləri yerinə yetirəcək PSM, Almaniyanın “Krauss-Maffei Wegmann” (KMW) and “Rheinmetall” şirkətlərinin birgə müəssisəsidir.