Xəbərlər

Cənubi Qafqazın strateji tarazlığını dəyişdirəcək hərbi ittifaq

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər “bir millət, iki dövlət” çərçivəsində qurulur və hər iki ölkənin rəhbərliyinin qardaşlıq əlaqələri yüksək səviyyədədir. Son on dörd ildə yüksələn xətt üzrə inkişaf etdirilən bu əlaqələr Cənubi Qafqazın strateji tarazlığını dəyişdirəcək hərbi ittifaqın imzalanması ilə uğurla davam etdirilir.

“Poliqon” bildirir ki, əldə olunan bu yüksək səviyyə Azərbaycan Silahlı Qüvvələrinin son döyüş qalibiyyəti və Türkiyə müdafiə sənayesinin nailiyyətləri ilə birlikdə qiymətləndirildikdə yeni regional reallığı əks etdirir.

Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişi

Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsindəki münasibətlər iki təməl hüquqi çərçivəyə əsaslanır. Bunlardan birincisi, 1990-cı illərdəki razılaşmalarla Azərbaycan hərbi personalının Türkiyədə təhsil almasına imkan verən əməkdaşlıqdır. İkinci və daha vacib çərçivə 2010-cu ildə imzalanan Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişi ilə quruldu. Sözügedən beynəlxalq hüquqi zəminin Türkiyə-Azərbaycan münasibətlərini ikitərəfli hərbi ittifaq səviyyəsinə qaldırdığını söyləmək olar. Çünki, müvafiq müqavilənin ikinci maddəsi Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin özünümüdafiə hüququnu tənzimləyən 51-ci maddəsinə də toxunur və tərəflərdən üçüncü bir ölkə və ya ölkələrin hücumunun qarşısını alınmasında qüvvələrin birləşməsindən gedir.

Texniki cəhətdən bu müqavilə, NATO müqaviləsinin məşhur 5-ci maddəsi kimi – hərbi ittifaqların əsas qanuni tələbi olan “casus foederis”dir, yəni ittifaqın öhdəliklərini şərtlər daxilində aktivləşdirəcəyi bir bəndir. Əlavə olaraq, sözügedən müqavilənin eyni maddəsi müttəfiqlərdən birinə hücum halında veriləcək hərbi yardımın formasını və miqyasını ayrıca olaraq qeyd edilir.

Azərbaycan-Türkiyə münasibətləri baxımından kritik əhəmiyyətə malik olan Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişinin digər bir tənzimlənməsi 7-ci maddə çərçivəsində ifadə edilmişdir. Müvafiq maddədə hər iki ölkənin silahlı qüvvələri arasında komanda nəzarəti və güc strukturu koordinasiyası nəzərdə tutulur. Bu cür koordinasiyanın planlaşdırılması həm də nəzəri olaraq strateji səviyyədə birgə əməliyyatlara yol açır. Əslində son illərdə münasibətlərin daha da yüksəlməsi Azərbaycan-Türkiyə hərbi təlimləri, ortaq əməliyyat qabiliyyətinin taktiki və əməliyyat səviyyələrində qazanıldığının bariz nümunəsidir. Bu hər iki ölkənin hərbiçiləri arasında əməliyyat planının birgə koordinasiyası üçün olduqca önəmlidir.

Birgə təlimlər

turaz4 1493192882Yuxarıda qeyd olunan hərbi fəaliyyətlər arasında son illərdə keçirilən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) “Turaz Qartalı/Şahini” hərbi təlimləri önə çıxır. Azərbaycan HHQ-nin Mig-29 və Su-25 təyyarələrinin, habelə Türkiyə HHQ-nin F-16 və digər birləşmələrinin birgə iştirakı ilə keçirilən bu təlimlər hər iki ölkənin müdafiə qabiliyyətinin inkişafı baxımından çox vacibdir. Təlimlər “hava-hava” və “hava-yer” əmliyyat missiyaları daxil olmaqla müxtəlif ssenarilərlə həyata keçirilir. Bu da sovet aviasiya vasitələrinin daha müasir texnikalara uyğunlaşdırılması və birgə əməliyyatların aparılması üçün önəmlidir.

Xatırlatmaq yerinə düşər ki, 2017-ci ilin may ayında Azərbaycan və Türkiyə arasında mühüm bir təlim keçirildi. Həmin təlimlərə cəlb olunan qüvvələrin birlikdə taktiki gedişləri eyni komanda idarə etmə məntəqəsində mərkəzləşdirilmiş əmrləri icra olunması diqqəti cəlb etdi. Təlimdə bu bölmələrin manevr imkanlarını dəstəkləyən mexanikləşdirilmiş piyada qoşunlarının, zirehli birləşmələrin, topçu birləşmələrinin və hava hücumundan müdafiə sistemləri qarşıya qoyulan tapşırıqları yüksək dəqiqliklə yerinə yetirirdi.

Bundan əvvəl, 2016-cı ildə birgə keçirilən təlimlərin və qazanılmış təcrübənin hesabına düşmən təxribatının qarşısını alan Azərbaycan Silahlı Qüvvələri düşməni geri çəkilməyə məcbur etdi və işğal olunmuş ərazilərimizin bir hissəsini azad etdi. Həmin döyüşlər zamanı starteji cəhətdən yararlı bəzi yüksəkliklər azad olunması nəticəsində sonrakı əməliyyatda mühüm rol oynadı.

Müdafiə sənayesi istiqamətində atılan addımlar

aselsan msnPrezident İlham Əliyevin sərəncamına əsasən 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi istehsal prosesini sürətli aparmaq üçün bir çox dövlətlərlə müqavilələr imzaladı. Əlaqələrin qurulması və mütəxəsislərin cəlb olunması və bundan başqa qarşılıqlı istehsalat prosesinə daha çox qardaş Türkiyə təcrübəsindən yararlandı. İnkişaf dövrünü yaşayan Türkiyəli mütəxəssislər Azərbaycana dəvət olundu və birlikdə radiorabitə, idarə olunan raketlərin inkişafı və aviasiya bombalarının istehsalı artırıldı. Məmulatların keyfiyyətinin artması üçün Türkiyənin bir çox şirkətləri və xüsusi ilə ASELSAN şirkəti ilə birlikdə atılan addımlar xüsusi yer tuturdu.

Onu da xatırlatmaq yerinə düşər ki, ASELSAN Azərbaycanda yaratdığı “ASELSAN Bakı” şirkəti digər şirkətlərdən fərqli olaraq hadisələrin birbaşa içində yer alırdı. Bu da inkişafın tezləşməsinə, yerli mütəxəsislərin Türkiyədə təlim keçməsinə, o cümlədən qazanılan təcrübənin tətbiqinə və görülən işin keyfiyyətinə təsir edirdi.

“ASELSAN Bakı”nın Azərbaycan Silahlı Qüvvələrini təmin etdiyi yüksək dəqiqli cihazlar, rabitə və dinləmə avadanıqları birbaşa keçmiş cəbhə bölgələrində tətbiq olunurdu ki, bu da düşmənin təxribatının qarşısının vaxtında alınması üçün operativ qərarların verilməsinə imkan yaradırdı.

“Dəmir yumuruq” əməliyyatı

koral 1İllər öncə Prezident İlham Əliyevin Silahlı Qüvvələrin inkişafına ayırdığı xüsusi diqqət, aparılan islahatlar, alınan müasir silah və texnikalar Azərbaycan torpaqlarının işğaldan azad olunmasına aparan yolun əsasını təşkil edirdi. Qardaş Türkiyənin müdafiə sənayesinin istehsalı olan silah və texniklar, xüsusi ilə ASELSAN texnologiyasının Azərbaycanda tətbiq olunması, təlimlərdə əldə olunan təcrübə real döyüşlərdə özünü açıq formada göstərib. Aviasiya vasitələrinə inteqrasiya olunan ASELSAN sitemləri Vətən müharibəsində uğurla tətbiq edilib. Hədəflərin dəqiqliklə vurulmasından tutmuş düşməni kor edəcək sistemlərə qədər bütün tapşırıqlar və ən əsası döyüşlərin vahid bir mərkəzdən idarə olunması düşməni məğlub duruma saldı.

Anar Şuşalı

Poliqon.az

Back to top button