Çad “Terrier” LT-79 zirehli avtomobilləri sifariş verib

Çad Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “The Armored Group” şirkətinə 60 ədəd LT-79 zirehli avtomobilini sifariş edib.
Bu barədə “Poliqon” “Africa Intelligence”ə istnadən xəbər verib.
Terrier LT-79 zirehli avtomobili Yaponiya istehsalı “Toyota Land Cruiser 79” avtomobilinin şassisinə əsaslanır və STANAG 4569 standartının 1-ci səviyyəli zirehli müdafiəsinə malikdir.
Standart Terrier LT-79 zirehli maşını üç qapılıdır və avtomobilə 8 nəfərlik (2 + 6) heyət yerləşə bilir. Əlavə olaraq, 5 qapılı konfiqurasiyada və məsafədən idarə olunan modulun quraşdırılması üçün də variantları mövcuddur.
Terrier LT-79 zirehli avtomobili qısa texniki xüsusiyyətləri:
- Avadanlıqla təchiz olunmuş kütləsi – 4600 kq
- Uzunluğu – 5226 mm
- Eni – 1874 mm
- Hündürlüyü – 2180 mm
- Təkər bazası – 3180 mm
- Mühərrik – dizel 1VD-FTV
- Şossedə maksimal hərəkət sürəti – 100 km/s
- Yanacaq üzrə gediş ehtiyatı – 800 km
Müştərinin istəyi ilə avtomobil bucurğad, hava filtrasiya sistemi, müşahidə kameraları və sairə kimi müxtəlif əlavə opsiyalarla təchiz edilə bilir.
Əhəd Əzizov




