CAESAR MKII ÖAQ-ları ekstremal iqlim şəraitində sınaqdan keçirilir

CAESAR MKII ÖAQ-ları ekstremal iqlim şəraitində sınaqdan keçirilir

Fransanın “DGA Techniques Terrestres” (DGATT) mərkəzində “KNDS France” şirkətinin istehsalı olan CAESAR MKII özüyeriyən artilleriya qurğusu (ÖAQ) ekstremal iqlim şəraitində sınaqdan keçirilir.

Bu barədə “Poliqon” Fransa Müdafiə Satınalmaları İdarəsinə (DGA) istinadən xəbər verib.

Bildirilib ki, sınaqların məqsədi bu ÖAQ-ları dünyanın müxtəlif bölgələrində qarşılaşa biləcəyi ən çətin hava və mühit şəraitlərində belə operativ fəaliyyət göstərə bilməsini təmin etməkdir.

DGATT mühəndisləri tərəfindən xüsusi yaradılmış laboratoriya şəraitində, texnikalar tropik rütubətdən şiddətli şaxtaya, intensiv yağışdan qum fırtınasına qədər geniş spektrdə test edilir.

Sınaqlar zamanı texnikalar real döyüş şəraitində qarşılaşa biləcəyi vəziyyətlər simulyasiya edilərək qiymətləndirilir. DGATT-nin inkişaf etdirdiyi texnoloji imkanlar sayəsində, fəsillər süni şəkildə sürətlə dəyişdirilir və texnika qısa müddətdə müxtəlif iqlimlərə məruz qoyulur.

Qeyd olunub ki, CAESAR MKII -32°C-lik şaxtaya, +71°C-lik istiyə və 110 km/saat sürətlə əsən qum fırtınalarına dözümlülüyünü sübut edib.

CATEGORIES