Cari ildə 68 vətəndaş minaya düşüb, 21 nəfər həlak olub

Cari ildə 68 vətəndaş minaya düşüb, 21 nəfər həlak olub

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradılması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətini davam etdirir.

Bu barədə “Poliqon”a Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyindən məlumat verilib.

Məlumata görə, təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin iyun ayında üç hadisə nəticəsində 8 mülki şəxsin və bir hərbçinin mina qurbanı olduğunu qeydə alınıb. Bu hadisələr nəticədə dörd mülki şəxs həlak olub, beş nəfər yaralanıb. 2021-ci ilin iyun ayında minalarla bağlı hadisələr Tovuz, Kəlbəcər və Ağdam rayonlarının ərazisində baş verib.

Ümumilikdə 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 68 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb ki, bunlardan da 21 nəfəri həlak olub. Bundan başqa 5 nəfərlə bağlı daxil olmuş məlumat dəqiqləşdirilir.

Məlumatda o da qeyd olunub ki, iyunun 30-da Azərbaycanın Xocavənd rayonunda Rusiya sülhməramlıların nəzarət etdiyi ərazidə Ermənistan ordusunun 3 hərbçisi özlərinin basdırdıqları minanın partlayışına məruz qalıb, nəticədə 1 nəfər ölüb və 2 nəfər yaralanıb.

Poliqon.az

CATEGORIES
TAGS