Cənubi Koreya 155 mm-lik ÖAQ-lar üçün yeni mərmi hazırlayıb

Cənubi Koreya 155 mm-lik ÖAQ-lar üçün yeni mərmi hazırlayıb

Cənubi Koreyada 155 mm-lik özüyeriyən artilleriya qurğuları üçün (ÖAQ) artırılmış mənzilli yeni mərmi hazırlanıb.

“Poliqon”un “Yonhap” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “Poongsan” şirkətinin həyata keçirdiyi layihə ilə mərminin 40 kilometrlik mövcud məsafəsi artırılaraq maksimum 60 km-ə çatdırılıb.

Qeyd olunub ki, Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı Administrasiyası (DAPA) bu il “Poongsan” ilə yeni mərmilərin kütləvi istehsalına dair müqavilə imzalamağı və onların seriyalı istehsalına başlamağı planlaşdırır.

CATEGORIES
TAGS