Çexiya ABŞ-dan raket və lazer tuşlamalı dəstlər alacaq

Çexiya ABŞ-dan raket və lazer tuşlamalı dəstlər alacaq

ABŞ Dövlət Departamenti 138 milyon dollar dəyərindəki “Hellfire” raketlərinin və APKWS (Advanced Precision Kill Weapon System) lazer tuşlamalı dəstlərin Çexiyaya satışını təsdiqləyib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 200 ədəd “Hellfire” raketinin, 600 ədəd APKWS dəstinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Qeyd olunub ki, “Hellfire” raketinin tədarükünü ABŞ-ın “Lockheed Martin” korporasiyası, APKWS dəstinin isə Böyük Britaniya mərkəzli “BAE Systems” şirkətinin ABŞ-da fəaliyyat göstərən törəməsi “BAE Systems Inc” (əvvəlki adı “BAE Systems North America”) həyata keçirəcək.

CATEGORIES