Xəbərlər

Çexiya Azərbaycana yeni L-39NG təyyarəsini təklif edir

“Czechoslovak Group” burada artıq fəaliyyət göstərir və əlbəttə ki, birgə müəssisə olaraq biz öz məhsullarımızı istehsal edirik.

“Poliqon” xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

Onun sözlərinə görə, “AERO Vodochody” şirkəti köhnəlmiş L-39 təyyarələrinə de-fakto xidmət göstərir və təmir edir: “Əlbəttə, biz yeni L-39NG təyyarəsini Sizə təqdim edirik və onu dəyərləndirsəniz, çox şad olardıq. “Kolt” şirkəti, sözün əsl mənasında, mühüm beynəlxalq şirkətdir və o, bütün dünyaya əla məhsullarını təchiz edir və şadıq ki, sizin polis və digər qüvvələr həmin məhsulları artıq tanıyır”.

Back to top button