Çinin “Fujian” təyyarə gəmisi ilk dəniz sınaqlarına başlayır

Çinin “Fujian” təyyarə gəmisi ilk dəniz sınaqlarına başlayır

Çinin üçüncü təyyarə gəmisi olan “Fujian” ilk dəniz sınaqlarının keçirilməsi üçün Şanxaydakı “Jiangnan Shipyard” tərsanəsindən ayrılıb.

“Poliqon”un “Xinhua” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, keçiriləcək dəniz sınaqlarında ilk növbədə təyyarə gəmisinin hərəkət və elektrik sistemlərinin etibarlılığı ilə dayanıqlığı yoxlanacaq.

Xatırladaq ki, 2018-ci ilin noyabr ayından inşa edilməyə başlanan “Fujian” təyyarə gəmisi 2022-ci ilin iyununda suya buraxılıb.

CATEGORIES