COBRA II, ARMA 8×8 və “Tulpar” Qazaxıstandakı sınaqlarından uğurla keçməyi bacarıb

COBRA II, ARMA 8×8 və “Tulpar” Qazaxıstandakı sınaqlarından uğurla keçməyi bacarıb

Türkiyənin “Otokar” şirkətinin istehsal etdiyi COBRA II zirehli avtomobili, ARMA 8×8 transportyoru və “Tulpar” tırtıllı zirehli döyüş maşını Qazaxıstandakı sınaqlarından uğurla keçib.

Bu barədə POLİQON jurnalına müsahibəsində “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc məlumat verib.

Qazaxıstanın böyük ölkə olduğunu diqqətə çatdıran şirkətin baş direktoru bildirib ki, “Otokar”ın hazırladığı hər üç texnika orada keçirilən yay və qış sınaqlarından uğurla çıxmağı bacarıb.

“Biz təkcə ərazi və etibarlılıq testləri yox, həm də atış sınaqları keçirdik və bütün sınaqlar çox uğurlu alındı. Qazax operatorları artıq bunları qiymətləndirir. Təbii ki, bu bir prosesdir. Ümid edirik uğur qazanacağıq”, – deyə Sərdar Görgüc qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS