QuruXəbərlər

CSG adı açıqlanmayan Avropa ölkəsinə artilleriya sursatı tədarük edəcək

Çexiyanın “CSG Group” şirkəti Avropalı müştəriyə 155 mm-lik uzaqmənzilli artilleriya sursatı tədarük edəcək.

“Poliqon” CSG-yə istinadən xəbər verir ki, layihə Qərbi Avropa ölkələrindən birinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Məlumata görə, artilleriya sursatlarının tədarükü üçün imzalanmış müqavilənin ümumi dəyəri təxminən 250 milyon avro (6 milyard Çex kronu) təşkil edir. Sursatların 10 ay ərzində mərhələli şəkildə müştəriyə çatdırılması planlaşdırılır.

Back to top button