Danimarka Ukraynaya hərbi yardımını 3 milyard ABŞ dollarına qədər artıracaq

Danimarka Ukraynaya hərbi yardımını 3 milyard ABŞ dollarına qədər artıracaq

Danimarkanın Ukraynaya hərbi yardmı 2023-2028-ci illər ərzində 21.9 milyard DKK-ya (3.2 milyard ABŞ dolları) qədər artırılacaq.

Bu barədə “Poliqon” Danimarka Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Nazirliyin bildirdiyinə görə, bunun üçün Danimarka hökuməti və parlamentdəki böyük əksəriyyət artıq razılığa gəlib.

Qeyd olunub ki, yardım çərçivəsində Ukraynaya 2023-cü ildə 7.5 milyard DKK (1.1 milyard dollar), 2024-cü ildə 10.4 milyard DKK (1.5 milyard dollar) və 2025-2028-ci illər ərzində illik 1 milyard DKK (146 milyon dollar) dəyərində hərbi dəstək göstəriləcək.

Poliqon.az

CATEGORIES