DənizXəbərlər

DERİNGÖZ dəniz sınaqlarında minaları avtonom şəkildə aşkarladı

ASELSAN şirkətinin inkişaf etdirdiyi DERİNGÖZ sualtı insansız dəniz aparatının (İDA) bir sıra dəniz sınaqları keçirilib.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, DERİNGÖZ ilə tam avtonom şəkildə həyata keçirilən sahə sınaqlarında müxtəlif dərinliklərdə yerləşən dib və lövbərli dəniz minaları uğurla aşkar edilib.

Avtonom sualtı İDA olan DERİNGÖZ, sahib olduğu modul sistem arxitekturası sayəsində minaların aşkarlanması, kəşfiyyat/müşahidə, limanların qorunması, sualtı kritik infrastrukturun mühafizəsi və boru xətlərinin yoxlanılması kimi tapşırıqlarda istifadə oluna bilir.

Back to top button