Diviziya komandiri: “Son illər sərhəd diviziyasının maddi-texniki bazası xeyli möhkəmləndirilib”

Son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində sərhəd diviziyasının maddi-texniki bazası xeyli möhkəmləndirilib, sərhəd zastavaları müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunub, yeni sərhəd infrastrukturu yaradılıb.

Azeri Defence saytının Naxçıvan televiziyasına istinadən verdiyi məlumata görə, bunu Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Niyaməddin Tağıyev deyib.

Naxçıvan Əlahiddə Sərhəd Diviziyasında keçirilən gənc əsgərlərin andiçmə mərasimində çıxış edən general-mayor Niyaməddin Tağıyev bildirib ki, bütün bunlar Azərbaycanın sərhədlərinin etibarlı şəkildə qorunmasına və toxunulmazlığına təminat verir.

 

CATEGORIES
TAGS