Dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşları saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşları saxlanılıb

Dekabr ayının 27-də saat 10:45-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki nəfər Pakistan vətəndaşı saxlanılıb.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

244 e1672212262844

Poliqon.az

CATEGORIES