Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb

Yanvar ayının 11-də saat 04:50-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki nəfər Azərbaycan vətəndaşları saxlanılıb.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin Bərdə rayon sakinləri 2003-cü il təvəllüdlü Cəfərov Elməddin Niyaməddin oğlu və 2005-ci il təvəllüdlü Süleymanov Seyfəl Mürvət oğlu olmaları müəyyən edilib.

İlkin dindirilmə zamanı hər iki şəxs İrandan narkotik vasitə gətirmək məqsədilə dövlət sərhədini pozmaq niyyətində olduqlarını etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

1144

Poliqon.az

CATEGORIES