
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, DSX Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən altı nəfər Nigeriya vətəndaşı – 1980-cı il təvəllüdlü İguare Oliver Osagie, 1986-cı il təvəllüdlü Ogungbure Adesoji Austin, 1992-ci il təvəllüdlü Akinniyi Olamilekan Sunday, 1994-cü il təvəllüdlü Adele Moshood Adekunle, 1997-ci il təvəllüdlü King Tamarasinla Gloria, 1998-ci il təvəllüdlü Ajala Oluvafemi Moses həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.





