Dövlət sərhədini pozmaq istəyən xarici ölkə vətəndaşları saxlanılıb

Dövlət sərhədini pozmaq istəyən xarici ölkə vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qеyri-lеqal miqrasiyaya qarşı mübarizə tədbirləri davam еtdirilir.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, aprel ayının 6-da saat 01:08-də Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Nepal və 2 nəfər Şri-Lanka vətəndaşları saxlanılıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla keçmələrinə bələdçilik edən Azərbaycan vətəndaşı Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Hüseynov Nadir Hidayət oğlu müəyyən edilərək istintaqa cəlb edilib.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

75587b17 f7d7 45f2 b14b 5fadc100d379 d749dc55ea931670dc13d6c014d43319 e1681813615819

Poliqon.az

CATEGORIES