DSX qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alıb

DSX qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alıb

Dekabr ayının 25-də saat 23:25-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Araz Zərgər kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada, ümumi çəkisi 9 kiloqram 640 qram narkotik vasitəyə bənzər maddələr (7 kq 620 qram “marixuana” və 2 kq 020 qram “tiryək”) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

photo 20221226145018 e1672052911550

Poliqon.az

CATEGORIES