
Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a bildirilib ki, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi hеyəti Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümündə əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qarşısında dərin ehtiramla təzim edib, məzarı önünə gül dəstələri düzüblər.
Daha sonra görkəmli оftalmоlоq – alim, akadеmik Zərifə xanım Əliyеvanın xatirəsi еhtiramla anılıb.
Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi yad edilərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.






















