DSX rəisi Türkiyənin müdafiə sənayesi başqanı ilə görüşüb

DSX rəisi Türkiyənin müdafiə sənayesi başqanı ilə görüşüb

Azərbaycanda səfərdə olan Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşüb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Başqanlığı məlumat yayıb.

Bildirilib ki, görüşdə Dövlət Sərhəd Xidmətinin ehtiyacları üçün Türkiyə müdafiə sənayesinin imkan və qabiliyyətləri paylaşılıb, birgə görülə biləcək potensial işlərlə bağlı vacib danışıqlar aparılıb.

CATEGORIES