DTX əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar

DTX əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsini dərin ehtiramla yad edib.

DTX-nin Mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, sonra Xidmətin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.

Poliqon.az

CATEGORIES