Xəbərlər

Dünya silah bazarında zərbə PUA-ların pay bölgüsü – HESABAT

ABŞ-ın “Aviation Week & Space Technology” jurnalının analitikləri “2021 Military Fleet & MRO Forecast” adlı yeni hesabatlarında mövcud zərbə pilotsuz uçuş aparatlarının populyarlığını müqayisə edərək gələcəkdə onların saylarının yalnız artacağını qeyd ediblər.

“Poliqon” xəbər verir ki, “Aviation Week & Space Technology” jurnalına görə, ən populyar zərbə dronları ailəsi ABŞ-ın “General Atomics” şirkətinin istehsalı olan “Predator” zərbə PUA-ları dünyadakı bütün PUA parkının 54,38%-ini təşkil edir.

İkinci yerdə Çinin “Changhe Aircraft Industries Corporation – CAIC” şirkətinin istehsalı “Wing Loong” ailəsinin üzvü PUA-lar bazarın 18,13%-inə, üçüncü yerdə yenə Çinin Aerokosmik Aerodinamina Akademiyasının (“Academy of Aerospace Aerodynamics – CAAA”) istehsalı “Cai Hong” ailəsinin üzvləri – CH-3 və CH-4 isə ümumilikdə 7,94% paya sahibdirlər.

Bazarın dördüncü yerini 7,13%-lə Türkiyənin ən yüksək məhsulu olan “Baykar Makına” şirkətinin zərbə dronu “Bayraktar TB-2” tutur.

İranın “Qods Aviation Industry” şirkətinin istehsal etdiyi “Mohajer” PUA ailəsinə daxil olan “Mohajer-1” və “Mohajer-2” PUA-lar isə ilk beşliyi 4,07%-lə bağlayırlar.

Dünya silah bazarının 8,35%-inə isə digər zərbə PUA-ları sahibləniblər.

Əhəd Əzizov

Back to top button