Dünyanın ən böyük 100 müdafiə sənayesi şirkəti siyahısı açıqlanıb

Dünyanın ən böyük 100 müdafiə sənayesi şirkəti siyahısı açıqlanıb

ABŞ-ın “Defense News” jurnalı 2023-cü il üçün dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti (Defense News Top 100) siyahısını açıqlayıb.

“Poliqon” xəbər verir ki, siyahıda Türkiyənin 4 şirkəti – ASELSAN, TUSAŞ, “Roketsan” və ASFAT yer alıb.

Siyahıya görə, ötən il 49-cu pillədə qərarlaşan ASELSAN 47-ci, 67-ci pillədə qərarlaşan TUSAŞ 58-ci və 86-cı pillədə qərarlaşan “Roketsan” 80-ci yerə yüksəlib. Siyahıya ilk dəfə daxil olan ASFAT isə 100-cü sırada qərarlaşıb.

“Defense News Top 100 for 2023” siyahısı üzrə ilk onluq belədir:

  1. “Lockheed Martin” – ABŞ;
  2. “Raytheon Technologies” (RTX) – ABŞ;
  3. “Northrop Grumman” – ABŞ;
  4. “Aviation Industry Corporation of China” – Çin
  5. “Boeing” – ABŞ;
  6. “General Dynamics” – ABŞ;
  7. “BAE Systems” – Böyük Britaniya;
  8. “China North Industries Group Corporation Limited” – Çin;
  9. “L3Harris Technologies” – ABŞ;
  10. “China South Industries Group Corporation” – Çin.

Poliqon.az

CATEGORIES
TAGS