“EDGE Group” “MARS Robotics” səhmlərinin 80 faizini alıb

“EDGE Group” “MARS Robotics” səhmlərinin 80 faizini alıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “EDGE Group” şirkəti “MARS Robotics” səhmlərinin 80 faizlik hissəsini satın alıb.

Bu barədə “Poliqon” “EDGE Group” şirkətinə istinadən xəbər verib.

Bildirilib ki, satınalma “EDGE Group”un avtonom platformalar sahəsindəki bacarıqlarını artıracaq və şirkətin daha geniş çeşiddə pilotsuz uçuş aparatları (PUA) hazırlamasına imkanı verəcək.

Qeyd eədk ki, 2013-cü ildə qurulan İordaniyanın “MARS Robotics” şirkəti həm hərbi, həm də mülki bazarlar üçün müxtəlif proqram təminatları, avtonom platformalar, mühəndis həlləri, pilotsuz uçuş aparatları və digər xidmətlər təklif edir.

Poliqon.az

CATEGORIES
TAGS