
Türkiyənin İstanbul və İzmir şəhərlərində keçirilən EFES-2026 çoxmillətli təlimin növbəti mərhələsinə hazırlıq prosesi davam edir.
Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkəyə yola düşüb.
Azərbaycan hərbi qulluqçuları Türkiyənin Çiğli Hava Bazasında qarşılanıblar.
Qeyd edək ki, EFES-2026 çoxmillətli təlimin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında genişmiqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsi, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərin təkmilləşdirilməsidir.




