
Əfqanıstandan çıxarılan Azərbaycan sülhməramlıları Bakıya qayıdıb
Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 27-də Kabil- Ankara-Bakı marşrutu ilə Vətənə qayıdıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, azərbaycanlı sülhməramlılar hərbi orkestrin müşayiəti ilə qarşılanıb.
Qarşılanma mərasimində Müdafiə Nazirliyinin zabitləri, hərbi qulluqçuların ailə üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Azərbaycan sülhməramlıları Əfqanıstanda Türkiyə qüvvələri ilə birlikdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
CATEGORIES Xəbərlər